Cüdoçularımız Tokioda məşqə çıxdılar
- 21 İyl 2021 17:45
- 779
İyulun 24-də Tokio Olimpiadasında cüdo yarışlarına start veriləcək. Rekord.az xəbər verir ki, Azərbaycan cüdo tarixində ilk dəfə olaraq ölkəmiz olimpiya oyunlarında 9 cüdoçu ilə təmsil olunacaq.
Artıq Yaponiya paytaxtında olan milli komandamızın üzvləri cüdonun mənbəyi Kodakanda məşq ediblər. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da milli komandamızın məşqini izləyib.
Qeyd edək ki, cüdo yarışlarının püşkatma mərasimi iyulun 22-də Bakı vaxtı ilə saat 09:00-da keçiriləcək. Cüdoçularımızdan tatamiyə ilk olaraq Kəramət Hüseynov (-60 kq) və Aişə Qurbanlı (-48 kq) çıxacaq. Olimpiadada cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.