Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Rekord.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Fransa təmsilçisi Umar Alfa Djalo ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Tçkayev yarışla vidalaşıb.

Olimpiada avqustun 11-də başa çatacaq.

Ötən gün digər cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.