Cüdoçumuzdan Antalyada bürünc medal
- 01 Apr 2021 21:10
- 821
Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” yarışına start verilib.
Rekord.az xəbər verir ki, 93 ölkənin idmançılarının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycanı 13 cüdoçu təmsil edir.
Yarışın ilk günü mill komandamız aktivinə bir bürünc medal yazdırıb.
Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə 1/16 finalda Çingizxan Saginaliyevi (Qırğızıstan) və 1/8 finalda Dmitri Minkounu (Belarus) mübarizədən kənarlaşdırıb. İdmançımız 1/4 finalda komanda yoldaşı Orxan Səfərovla görüşüb və qarşılaşmadan qalib ayrılıb. Yarımfinalda yapon cüdoçu Abeyə uduzan Nicat 3-cü yer uğrunda qarşılaşmada Fransanı təmsil edən Kilian Le Bloşla üz-üzə gəlib. Rəqibinə qalib gələn Nicat Şıxəlizadə bürünc medal qazanıb.
Qeyd edək ki, “Böyük Dəbilqə”yə aprelin 3-də yekun vurulacaq.