Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
- 23 Dek 2024 23:59
- 28
Böyüklər və gənclər arasında cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində baş tutan yarışda böyüklər arasında 2009-cu il və ondan aşağı, gənclər arasında isə 2005 - 2010-cu təvəllüdlü cüdoçular iştirak ediblər.
Gənclər arasında Nihat Camalov və Rüstəm Məmmədov birinci yerə çıxıblar. Böyüklərin mübarizəsində isə Çingiz Əhmədov və Seymur Məcidli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.