“Heydər Əliyev İli” ilə əlaqədar Naxçıvan şəhər V.Zeynalov adına 3 nömrəli tam orta məktəbin idman zalında muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimlərindən ibarət komandaları arasında voleybol üzrə açıq birincilik keçirilib.

Rekord.az xəbər verir ki, yarışda Naxçıvan şəhəri ilə yanaşı Culfa, Ordubad, Şahbuz və Babək rayonlarını təmsil edən komandalar qatılıb.

“Culfa” komandası birinciliyin qalibi olub. “Naxçıvan” ikinci, “Ordubad” isə üçüncü yerə sahib çıxıb. Adıçəkilən komandaların üzvlərinə diplom təqdim edilib.