Şəhidlərimiz Məmmədli Nicat Rizvan oğlu, Nəcəfov Yaqub Məhəmməd oğlu, Qasımov Hafiz Cavanşir oğlu, Gülməmmədov Amin Mayis oğlu və Quluyev Vəli Vəli oğlunun doğum günləri münasibəti ilə Naxçıvan Muxtar Respublikası Culfa rayonunda təşkil olunan yarış Uşaq-gənclər şahmat məktəbinin müəllimləri və rayon sakinləri arasında keçirilib.

 

Rekord.az xəbər verir ki, əvvəlcə ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxış edənlər Vətən uğrunda döyüşlərdə böyük şücaət göstərən şəhidlərimizin gənc nəslə örnək olduğunu və onların daim böyük hörmətlə xatırlandığını qeyd ediblər. Yarışa fəxri qonaq qismində dəvət olunmuş şəhid ailəsi üzvlərindən Məhəmməd Nəcəfov və Kamal Quliyev çıxış edərək yarışla bağlı öz təəssüratlarını ifadə edib, övladlarının və bütövlükdə Azərbaycan əsgərinin şücaətindən bəhs ediblər. İlk üç yerin sahibləri mükafatlandırılıblar.

Yekun sıralama:

1-ci yer - Elvin Hüseynli

2-ci yer - Turan Nağıyev

3-cü yer - Davud Mikayılov