Culfada “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü
- 27 Apr 2023 14:00
- 292
Culfa Rayon Mərkəzi Stadionunda “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyinin seçmə mərhələsi reallaşıb.
Rekord.az xəbər verir ki, yarışda 13 komandadan ümumilikdə 65 məktəbli iştirak edib.
Məktəblilər 100 və 2000 metr məsafələrə qaçış, qumbaraatma, turnikdə dartınma üzrə öz qüvvələrini sınayıblar.
Nəticələrə əsasən Xoşkeşin kənd tam orta məktəbinin komandası birinci yerə sahib çıxmaqla final mərhələsində Culfa rayonunu təmsil etmək hüququ qazanıb. Xanəgah və Saltaq kəndlərinin təmsilçiləri yarışı müvafiq olaraq ikinci, üçüncü sıralarda tamamlayıblar.
Yarışın məqsədi çağırışyaşlı və çağırışaqədərki gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, vətənpərvərlik hisslərinin aşılanması və gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.