İspaniyanın “Vilyarreal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi italiyalı hücumçu Cüzeppe Rossini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan forvardla müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Rossinin sonuncu klubu “Cenoa” olub. Amma 32 yaşlı forvard sözügedən komandadan 2018-ci ildə ayrılıb və həmin dövrdən azad agent statusuna malik idi.

Bu, Cüzeppenin “Vilyarreal”a ikinci gəlişidi. İtaliyalı hücumçu karyerasının ən parlaq dönəmində – 2007-2013-cü illər aralığında məhz bu komandanın uğurları üçün çalışıb. Rossi “Vilyarreal” tarixinin ən yaxşı bombardiridi. O, bu komandada 82 qola imza atıb.