AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub. 

Rekord.az xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksində keçirilən kursun sonuncu günündə iştirakçılara müvafiq lisenziyalar təqdim edilib.

Lisenziyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev birlikdə təqdim edib.