Yadınızdadırsa sərt karantin rejiminin ilk vaxtlarında "Neftçi"nin qaydalara zidd olaraq, məşqə çıxması videosu yayılmışdı. Maraqlıdır ki, videonu yayan elə klubun öz futbolçusu Dabo olmuşdu.

Rekord.az-a bu video ilə bağlı maraqlı məlumat daxil olub.

Belə ki, videonu Dabo məqsədli şəkildə paylaşıb. Futbolçu növbəti mövsüm üçün maaşının artırılmasını istəyir. Klub isə bu təklifi qəbul etmir. Məhz bu səbəbdən acığa düşən futbolçu bu addımı atıb. Həm də istəyir ki, rəhbərliklə münasibətləri tamam soyusun və rahat şəkildə klubu tərk edib getsin.

Dabonun məsələsi hələ də açıq qalıb.