"Qarabağ”ın formasını geyindiyi üçün "Neftçi” tərəfindən cərimələnən Baqali Dabonun aldığı para cəzasının detalları məlum olub.

Rekord.az azerisport.com-a istinadən xəbər verir ki, fransalı hücumçu 41 000 dollar  (70 000 manata yaxın) məbləğində cərimələnib. 

31 yaşlı oyunçu "ağ-qaralar”ın rəhbərliyi ilə razılaşmaq niyyətində və buna görə FİFA-ya şikayət etməkdə qərarlıdı.