Dadaşbəylidən Dohada 3 medal!
- 13 Dek 2023 19:00
- 335
Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 2-ci qran-pri davam edir.
Rekord.az xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.
Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar.
Bu gün onlardan son olaraq Dadaş Dadaşbəyli mübarizəyə qoşulub. O, 109 kq çəki dərəcəsində çıxış edib.
İdmançımız birdən qaldırma hərəkətində 176 kq-ı ram edib və bu hərəkətin qalibi olub.
Dadaş təkanla qaldırma hərəkətində 212 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Toplam 388 (176+212) kq nəticə göstərən Dadaşbəyli, yekun sıralamada da hamını qabaqlayıb və yarışın çempion kimi başa vurub.