Dadaşov ABŞ çempionatına het-triklə başladı
- 08 Mar 2020 15:41
- 594
Futbol üzrə ABŞ Peşəkar Futbol Liqasında yeni mövsümə start verilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Feniks Rizinq” klubu da yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən komanda ilk turda doğma meydanda “Portland 2” ilə qarşılaşıb. Rüfətin komandası bu oyunda darmadağınla qalib gəlib – 6:1.
Dadaşov da bu oyunun iştirakçısı olub. O, yeni komandasında rəsmi debüt etdiyi oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. Komandamızın üç qolunu da millimizin forvardı vurub. Belə ki, o, 13, 24 və 65-ci dəqiqələrdə fərqlənməklə het-trikini rəsmiləşdirib.
Xatırladaq ki, Dadaçov qış transfer dövründə Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Proyssen”dən “Feniks Rizinq”ə keçib.