Dadaşov fərqləndi, komandası səfərdən 1 xalla döndü
- 17 İyl 2020 15:23
- 558
ABŞ-ın USL çempionatında 3-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Finiks Rayzinq" də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Oranj Kaunti" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Rüfət də bu görüşün iştirakçısı olub. 29 yaşlı hücumçu matça start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. Dadaşov 64-cü dəqiqədə hesabı açan Junior Flemminqsə məhsuldar ötürmə verib.
"Finiks Rayzinq" bu nəticədən sonra B qrupunda 7-ci xalını qazanıb və beş komanda arasında liderdi.