![photo](https://www.rekord.az/storage/uploads/5/e0689e73-8df1-32bf-a2ba-5324931bf12a-850.jpg)
Dadaşov İsveçrə klubundan ayrıla bilər
- 30 Avq 2023 17:30
- 300
"Biz Renat Dadaşovla digər variantları nəzərdən keçiririk".
Rekord.az xəbər verir ki, bunu İsveçrənin “Qrasshopper” klubunun idman direktoru Bernt Haas Azərbaycan millisinin futbolçusunun mümkün transferi ilə bağlı danışarkən deyib.
Funksioner komandanın digər oyunçusu, yaponiyalı Ayumu Seko ilə bağlı isə konkret bir şeyin olmadığını diqqətə çatdırıb.
Dadaşovun “Qrasshopper”lə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, 2022-ci ilin yayında sözləşmə imzalayıb.