Dadaşov komandasına qələbə qazandırdı
- 27 Sen 2020 17:20
- 700
Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Dadaşovun çıxış etdiyi komanda doğma meydanda “Oranj Kaunti” ilə qarşılaşıb.
“Finiks Rayzinq”in 1:0 hesabı ilə qalib gəldiyi oyunda yeganə qolu Rüfət vurub. O, 90 dəqiqə meydanda olub.
Bununla da, Dadaşov vurduğu qolların sayını 11-ə çatdırıb. 29 xal toplayan “Finiks Rayzinq” B qrupunun lideridir.