Dadaşov komandasına qələbə qazandırdı
- 26 Noy 2023 11:30
- 265
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 15-ci turunda “Kottbus”la qarşılaşıb və səfər matçında 1:0 hesablı qələbəyə sevinib.
Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Komandasının yeganə qolunu da 63-cü dəqiqədə Rüfət vurub.
“Dinamo” hazırda 29 xalla 2-ci pillədə qərarlaşıb.