![photo](https://www.rekord.az/storage/uploads/5/renat-dadasov-5.jpg)
Dadaşov oynadı, komandası ilk xalını qazandı
- 29 İyl 2023 23:59
- 298
Futbol üzrə İsveçrə çempionatında 2-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Lozanna” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.
“Qrasshopper” hazırda 1 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.