Dadaşov oynadı, komandası uduzdu
- 26 İyl 2020 20:00
- 672
ABŞ-ın USL çempionatında 4-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rayzinq” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Oranj Kaunti” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Rüfət də bu görüşün iştirakçısı olub. 29 yaşlı hücumçu matça start heyətdə başlayıb və 58-ci dəqiqədə əvəzlənib.
“Finiks Rayzinq” hazırda B qrupunda 7 xalla beş komanda arasında üçüncü pillədə qərarlaşıb.