Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, “Nyu Mexiko”nu qəbul edən klub 5:2 hesabı ilə qalib gəlib.

Rüfət oyuna start heyətində başlayıb və 69-cu dəqiqəyədək meydanda olub. 22-ci dəqiqədə fərqlənən Dadaşov, komandasının ikinci qolunu vurub.

13 xal toplayan “Feniks Rizinq” B  qrupunun birincisidir.