![photo](https://www.rekord.az/storage/uploads/5/renat-10.jpg)
Dadaşov qol vurdu, komandası ilk qələbəsini qazandı
- 06 Avq 2023 21:36
- 315
Futbol üzrə İsveçrə çempionatında 3-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Bazel”lə qarşılaşıb və 3:1 hesabıyla qalib gəlib.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolunu da 37-ci dəqiqədə Dadaşov vurub.
“Qrasshopper” hazırda 4 xalla 12 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.