Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 3-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Mönhenqladbax “Borussiya”sının ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Komandasının qələbə qolunu da 73-cü dəqiqədə məhz Dadaşov vurub.

“Şalke II” bu nəticədən sonra 4 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.