Futbol üzrə Polşa çempionatında 24-cü turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Radomyak" səfərdə "Krakoviya"nın qonağı olub.


Qarşılaşma Radom təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Renat da bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard 54-cü dəqiqədə meydana daxil olub. Azərbaycanlı futbolçu 90+1-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.


Digər azərbaycanlı futbolçu Rahil Məmmədovun adı isə bu matçın iştirak ərizəsinə daxil edilməyib.


Xallarını 28-ə yüksəldən "Radomyak" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.