Futbol üzrə Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın “Finiks Rayzinq" klubu USL çempionatında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, sözügedən komanda "Los-Anceles Qalaksi 2" ilə üz-üzə gəlib. Qarşılaşma “Finiks Rayzinq"in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Rüfət Dadaşov matça ehtiyatda başlayıb və 67-ci dəqiqədə meydana daxil olub. 

Qeyd edək ki, "Finiks Rayzinq" 8 oyuna topladığı 19 xalla B qrupunun lideridir.