
Dadaşovdan Polşada qollu debüt - VİDEO
- 01:01
- 33
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Radomyak” klubunda ilk qolunu vurub.
Rekord.az xəbər verir ki, 25 yaşlı hücumçu komandadakı debüt matçında fərqlənib.
Forvard çempionatın 23-cü turunda “Vidzev”lə heç-heçə etdikləri (1:1) qarşılaşmanın 90-cı dəqiqəsində rəqib qapısına yol tapıb. O, 80-ci dəqiqədə meydana daxil olub.
Fevralın 24-də “Radomyak” Dadaşovu heyətinə qatdığını açıqlamışdı. Bu komandada Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov da forma geyinir. Amma onun adı “Vidzev”lə matçın iştirak ərizəsinə daxil edilməyib.
“Radomyak” hazırda 25 xalla 13-cü pillədə qərarlaşıb.