Dadaşovdan Super Liqada daha bir qol
- 28 Okt 2023 00:36
- 307
Türkiyə Super Liqasında 10-cu tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə 2 görüş baş tutub.
Azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” doğma meydanda “Kayserispor”a uduzub. Komandasının yeganə qolunu 90 dəqiqə meydanda olmuş Renat vurub. O, penaltini dəqiq yerinə yetirib, üstəlik sarı vərəqə də alıb.
Türkiyə Super Liqası
10-cu tur
27 oktyabr
Hatayspor – Kayserispor 1:2
Qollar: R.Dadaşov, 69-pen – B.Bekaroğlu, 33-öz qapısına. Boa Morte, 47.