![photo](https://www.rekord.az/storage/uploads/5/rufet-dadasov-4.jpg)
Dadaşovlu “Dinamo” evdə xal itirdi
- 16 Avq 2023 10:00
- 259
Almaniyanın Şimal-Şərq Regional Liqasında 3-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən komanda evdə “Moyzelvits”lə qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər – 1:1.
Rüfət də bu oyunun iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub və bir sarı vərəqə ilə yadda qalıb.
Hazırda 4 xalı olan “Dinamo” 6-cı pillədə qərarlaşıb.