![photo](https://www.rekord.az/storage/uploads/5/rufet-dadasov-4.jpg)
Dadaşovlu “Dinamo”dan darmadağın
- 16 Sen 2023 10:05
- 298
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 7-ci turunda “Babelsberq”lə qarşılaşıb.
Matç “Dinamo”nun qələbəsiylə başa çatıb – 3:0. Meydana start heyətində çıxan Dadaşov sonadək oynasa da, bu dəfə fərqlənə bilməyib.
“Dinamo” hazırda 14 xalla 3-cü pillədə qərarlaşıb.