![photo](https://www.rekord.az/storage/uploads/5/rufet-dadasov-4.jpg)
Dadaşovlu “Dinamo”dan səfər heç-heçəsi
- 24 Sen 2023 12:46
- 267
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 8-ci turunda “Babelsberq”lə qarşılaşıb.
Matç heç-heçə başa çatıb – 1:1. Meydana start heyətində çıxan Dadaşov sonadək oynasa da, bu dəfə fərqlənə bilməyib.
“Dinamo” hazırda 15 xalla 3-cü pillədə qərarlaşıb.