Dadaşovlu “Hatayspor” səfərdə darmadağına üzüldü
- 20 Yan 2024 17:05
- 244
Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Kasımpaşa” ilə qarşılaşıb və 0:3 hesabıyla uduzub.
Dadaşov da bu oyunun iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb.
“Hatayspor” 21 turdan sonra 21 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.