![photo](https://www.rekord.az/storage/uploads/5/renat-dadasov-6.jpg)
Dadaşovlu “Hatayspor”dan “Trabzonspor” üzərində əzmkar qələbə
- 25 Sen 2023 23:33
- 435
Türkiyə Super Liqasında 6-cı tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son oyunda “Hatayspor” doğma meydanda “Trabzonspor”la qarşılaşıb.
Oyun meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb. Qonaqlar 72-ci dəqiqəyə qədər 2:0 öndə olsalar da, matçın qalan hissəsində 3 qol vurmağı bacaran hataylılar möhtəşəm qələbəyə seviniblər. Meydan sahiblərinin heyətində millimizin hücumçusu Renat Dadaşov da qələbədə pay sahiblərindən birinə çevrilib. O, qarşılaşmanın 84-cü dəqiqəsində meydana buraxılıb, 90-cı dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.
Hazırda 15 xal toplamış “Fənərbaxça” vahid liderdir. “Qalatasaray”ın 13, “Rizəspor”un 11, “Hatayspor”la “Beşiktaş”ın 10, “Trabzonspor”, “Kayserispor”, “Konyaspor” və “Kasımpaşa”nın 9, “Adana Dəmirspor”un 8 xalı var.
Türkiyə Super Liqası
6-cı tur
25 sentyabr
Hatayspor – Trabzonspor 3:2
Qollar: Rivas, 72. Lamkel Ze, 88. Dele-Başiru, 90+7 – Vişça, 44. Onuaçu, 62.