![photo](https://www.rekord.az/storage/uploads/5/renat-dadasov-5.jpg)
Dadaşovlu “Qrasshoper” doğma meydanda uduzdu
- 28 Avq 2023 11:30
- 284
Futbol üzrə İsveçrə çempionatında 5-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Lutsern”lə qarşılaşıb və 0:1 hesabıyla uduzub.
Renat da bu görüşün iştirakçısı olub. O, 85-ci dəqiqədə meydana buraxılıb.
“Qrasshopper” hazırda 4 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.