Futbol üzrə Portuqaliya kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun komandası – “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kamaça” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyun “Tondela”ın 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Növbəti mərhələyə vəsiqə qazanan bu komandanın sonrakı rəqibi hələ məlum deyil.

Renat da bu görüşün iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb.