Futbol üzrə İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası 16-cı tur çərçivəsində səfərdə “Sauthempton”dan olan həmyaşıdları ilə üz-üzə gəliblər. “Vulverhempton” bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.

Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Vulverhempton”un gəncləri bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıblar.