![photo](https://www.rekord.az/storage/uploads/5/renat-dadasov-5.jpg)
Dadaşovsuz məğlubiyyət
- 13 Avq 2023 12:44
- 257
İsveçrə çempionatında 4-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Vintertur”la qarşılaşıb və 1:3 hesabıyla uduzub. Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsində də yer almayıb.
“Qrasshopper” hazırda 4 xalla 8-ci pillədə qərarlaşıb.