![photo](https://www.rekord.az/storage/uploads/5/rufet-dadasov-4.jpg)
Dadaşovun dublu "Dinamo”ya qələbə qazandırdı
- 20 Avq 2023 18:00
- 264
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 4-cü turunda “Altqlinikke” ilə qarşılaşıb.
Matç “Dinamo”nun 3:1 hesablı səfər qələbəsi ilə başa çatıb.
Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Komandasının ilk iki qolunu da Rüfət vurub. O, 45 və 74-cü dəqiqələrdə fərqlənib.