![photo](https://www.rekord.az/storage/uploads/5/4-95.jpg)
Dadaşovun dublu “Dinamo”ya qələbə qazandırdı
- 26 Avq 2023 11:30
- 346
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 5-ci turunda “Jena” ilə qarşılaşıb.
Matç “Dinamo”nun 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Meydana start heyətində çıxan Dadaşov 77-ci dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu Rüfət vurub. O, 34 və 37-ci dəqiqələrdə fərqlənib.