Dadaşovun komandası doğma meydanda uduzdu
- 21 Dek 2019 19:21
- 757
Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 20-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Münhen 1860” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 5 qol vuran millimizin forvardı bu dəfə fərqlənə bilməyib.
Münster klubu 20 turdan sonra 16 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.