Dadaşovun komandası evdə xal itirdi
- 10 Yan 2024 22:20
- 238
Türkiyə Super Liqasında 16-cı turdan təxirə salınmış oyunlar keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Qaziantep”lə qarşılaşıb. Görüş qolsuz yekunlaşıb – 0:0.
Dadaşov da bu oyunun iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb və 75-ci dəqiqədə sarı vərəqə alıb.
“Hatayspor” hazırda 20 xalla 16-cı pillədə qərarlaşıb.