Dadaşovun komandası Rizədən xalsız qayıtdı
- 06 Yan 2024 22:45
- 261
Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Rizəspor”la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.
“Hatayspor” hazırda 19 xalla 15-ci pillədə qərarlaşıb.