Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 13-cü turunda “Erfurt”la qarşılaşıb və səfər matçında məğlubiyyətə üzülüb – 1:3.

Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. O, bu dəfə fərqlənə bilməyib.

“Dinamo” hazırda 25 xalla 2-ci pillədə qərarlaşıb.