Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.


Rekord.az xəbər verir ki, onun çıxış etdiyi "Radomyak" “Lex”i (Poznan) qəbul edib.


Ekstraklasanın 30-cu turu çərçivəsində keçirilən qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Renat məhsuldar heç-heçənin qeydə alındığı görüşün ilk 65 dəqiqəsində meydanda olub.


“Radomyak” 36 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.