ABŞ-ın 2-ci liqası koronavirus pandemiyasına görə dayandırılıb.

Rekord.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Məlumatda, çempionat oyunlarının minimum 30 günlük dayandırıldığı bildirilib.

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Feniks Rizinq” klubu da ABŞ-ın 2-ci liqasında mübarizə aparır.