Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" komandasının Türkiyə Kubokunda növbəti rəqibi bəlli olub.


Rekord.az xəbər verir ki, paytaxt klubu püşkatmanın nəticəsinə əsasən 5-ci turda 2-ci Liqa təmsilçisi "Menemen" ilə üz-üzə gələcək.


Bu raundun görüşləri 17,18 və 19-da dekabrda gerçəkləşəcək.


“Ankaragücü" əvvəlki mərhələdə "Karşıyaka"ya qalib gəlib - 2:1.