Azərbaycanlı forvard Rüfət Dadaşov "Dinamo Berlin"ə vacib qələbə qazandırıb.


Rekord.az xəbər verir ki, o, Şimal-Qərbi Regional Liqası kubokunun yarımfinalında həlledici qolun müəllifi olub.


Rüfət "Alqlinik"lə qarşılaşmanın əlavə vaxtının 114-cü dəqiqəsində fərqlənib. Bu qol sayəsində 3:2 hesabı ilə qalib gələn "Dinamo Berlin" finala yüksəlib.


Mayın 24-də keçiriləcək final matçında "Dinamo Berlin"ə "Ayntraxt Mahlsdorf"la qarşılaşacaq.