“Sumqayıt”ın veteran futbolçusu Rail Məlikov daha 1 il futbol oynayacaq. Halbuki, 35 yaşlı müdafiəçi karyerasını yekunlaşdırıb məşqçiliyə başlamaq istəyirdi.

Lakin Rekord.az xəbər verir ki, heyətdə yaranan futbolçu qıtlığı, yeni transferlərin olmaması vəziyyəti dəyib.

Rəhbərlik Raildən növbəti mövsümdə də futbolçu kimi heyətdə yer almağı xahiş edib.