“Sabah” növbəti mövsümlə bağlı planlarını indidən həyata keçirməkdədir. Bunlardan biri də heyətin komplektləşməsidir.

Rekord.az xəbər verir ki, hazırkı heyətdən lazımlı bilinən futbolçularla ilkin danışıqlara başlanılıb.

Əldə etdiyimiz məlumata görə, bu futbolçulardan biri də Filip İvanoviçdir. Onunla şifahi razılıq demək olar ki, əldə edilib və Filip böyük ehtimalla daha 1 il “Sabah”ın formasını geyinəcək.