Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.

Rekord.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı mərhələ adlayıb.

60 kq-da Maqsud Xasmetov ardıcıl ikinci görüşünü qələbə ilə başa vurub. O, 1/8 finalda irlandiyalı Kallum Ovensi də mübarizədən kənarlaşdırıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28). Boksçumuz üçüncü döyüşündə rusiyalı Konstantin Opolski ilə üz-üzə gələcək.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Murad Allahverdiyev (80 kq) də adını 1/4 finala yazdırıb. O, italiyalı Kromvell Kommeyalfredi 4:1 (29:28, 30:26, 30:26, 28:29, 29:28) hesabı ilə məğlub edib. Allahverdiyev növbəti döyüşünü Delil Dadayevə (Almaniya) qarşı keçirəcək.

1/4 final mərhələsinin qarşılaşmaları noyabrın 16-da olacaq.

Qeyd edək ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 boksçusu mübarizəyə qoşulacaq.