Türkiyənin “Ankaragücü” klubunda daha üç futbolçu koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə kollektivin növbəti dəfə COVİD-19 testindən keçirildiyi və üç nəfərdə koronavirus aşkarlandığı diqqətə çatdırılıb. Adları açıqlanmayan futbolçular karantinə alınıblar.

Xatırladaq ki, “Ankaragücü”ndə daha öncə də bir neçə futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.