Türkiyənin “Göztəpə” klubunda koronavirusa daha dörd yoluxma faktı aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

COVİD-19 testi pozitiv çıxanlardan üçü futbolçu, biri isə klub işçisidir. Onların hamısı ev şəraitində karantinə alınıb və müalicələrinə start verilib.

“Göztəpə” əvvəlki günlərdə də bir neçə futbolçusunun koronavirusa yoluxduğunu açıqlamışdı.